...

Sinoptiklərdən xəbərdarlıq: Hava soyuyacaq

Cəmiyyət Materials 20 Oktyabr 2015 13:00 (UTC +04:00)
Sabah günortadan başlayaraq, ölkə ərazisində havanın temperaturu enəcək.
Sinoptiklərdən xəbərdarlıq: Hava soyuyacaq

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah günortadan başlayaraq, ölkə ərazisində havanın temperaturu aşağı düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün gündüz havanın temperaturu 18-23, oktyabrın 21-də 15-18, oktyabrın 22-də 14-16 dərəcə isti olacaq.

Oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacaq.

Oktyabrın 21-23-də Abşeron yarımadasında əksər meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Oktyabrın 21-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 16-21, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti