...

Allahşükür Paşazadə: Azərbaycan dinlər arasında münasibət baxımından bütün dünyaya nümunədir (FOTO)

Cəmiyyət Materials 3 Noyabr 2015 17:12 (UTC +04:00)
Azərbaycan dinlər arasında münasibət və tolerantlıq baxımından bütün dünyaya bir nümunədir.
Allahşükür Paşazadə: Azərbaycan dinlər arasında münasibət baxımından bütün dünyaya nümunədir (FOTO)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan dinlər arasında münasibət və tolerantlıq baxımından bütün dünyaya bir nümunədir. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ-ın Kaliforniya ştatındakı Los-Anceles yəhudi icmasının nümayəndə heyəti ilə görüşdə deyib.

A.Paşazadə bildirib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh və sabitlik şəraitində birgə yaşayırlar: "Azərbaycanda dövlət və din münasibətləri yüksək səviyyədə qurulub. Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra dini sahəyə xüsusi diqqət ayrıldı, dövlət vəsaiti hesabına məscidlər, sinaqoqlar, kilsələr yenidən quruldu".

O, qeyd edib ki, yəhudi icmasının bu səfəri də dinlər arasında münasibətlərin inkşafına töhfə verəcək.

Şeyxülislam bu yaxınlarda Rusiyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından da danışıb: "Elə hadisələr var ki, insan iradəsindən asılı deyil".

Sonra təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən nümayəndə heyətinin rəhbəri Deyvid Volpen Azərbaycanda dini sahədə vəziyyəti yüksək dəyərləndirib. O, təmsil etdiyi icmanın Azərbaycanla daha yaxşı münasibətlər qurmaq niyyətində olduğunu bildirib.

Çıxış edən digər dini icma nümayəndələri də Azərbaycanda dini sahədə olan vəziyyətdən danışıb və ölkədə müxtəlif dinlərdən olan insanların birgə, sülh şəraitində yaşamaları üçün hər cür şərait yaradıldığını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti