...

"Time": Azəraycanın tolerantlıq nümunəsi dünyada mühüm nailiyyətdir

Cəmiyyət Materials 6 Noyabr 2015 22:11 (UTC +04:00)
Azərbaycan gözəl tolerantlıq nümunəsi, digər dini ənənələri əxz etməkdə uzunmüddətli və zəngin tarixi olan ölkədir.
"Time": Azəraycanın tolerantlıq nümunəsi dünyada mühüm nailiyyətdir

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Azərbaycan gözəl tolerantlıq nümunəsi, digər dini ənənələri əxz etməkdə uzunmüddətli və zəngin tarixi olan ölkədir. Trend-in məlumatına görə, bu barədə Los-Ancelesdəki Sinay sinaqoqunun ravvini Devid Volpenin "Time.com" portalında dərc edilən məqaləsində deyilir.

Azərbaycanda, o cümlədən, Quba rayonunda olmuş ravvin yazır: "Bu, dünyada xeyli az bilinən mühüm nailiyyətdir. Azərbaycanda əhalinin 90 faizini müsəlmanlar təşkil edir. Onlar digər dinlərin nümayəndələri, həmçinin yəhudilərlə birlikdə yaşayırlar".

D.Volpe qeyd edir ki, Qubada "Yəhudi kəndi" kimi tanınan Qırmızı qəsəbədə hazırda 4 minə yaxın yəhudi yaşayır: "Beləliklə, Qırmızı qəsəbə İsrail sərhədlərindən kənarda ən böyük yəhudi yaşayış məntəqələrindən biridir".

Məqalədə deyilir: "Dözümsüzlüyün artdığı dünyada Azərbaycan həyati əhəmiyyətli nümunədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti