...

DSMF nümayəndələri Beynəlxalq Sosial Təminat Assosiasiyasının seminarında iştirak ediblər

Cəmiyyət Materials 17 Noyabr 2015 12:02 (UTC +04:00)
Tədbirdə dünyada milli sosial təminat sistemlərinin inkişafının aktual problemləri geniş müzakirə olunub
DSMF nümayəndələri Beynəlxalq Sosial Təminat Assosiasiyasının seminarında iştirak ediblər

Bakı. Trend:

Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) bu günlərdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Avrasiya və digər ölkələrin sosial təminat təşkilatlarının rəhbərləri üçün seminar keçirib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin Elmi Şurasının iclas zalında keçirilən və dünyada milli sosial təminat sistemlərinin inkişafının aktual problemlərinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunu (DSMF) sədrin müavini Zakir Babayev və sədrin müşaviri Yalçın Müslümov təmsil ediblər. Seminarın işində Rusiya Federasiyasının, Qazaxıstanın, Bolqarıstanın, Polşanın sosial sığorta və pensiya qurumlarının rəhbərləri iştirak ediblər.

Seminarda rus dilində nəşr olunmuş "Beynəlxalq sosial təminat: sənədlər və şərhlər" adlı məcmuənin təqdimatı keçirilmiş və BSTA-nın Baş katibi X.Konkolevskinin "BSTA-nın Rəhbər tövsiyələrinin məqsəd və vəzifələri, habelə sosial təminatın idarə olunmasında standartların yüksəldilməsi üzrə BSTA mərkəzinin göstərdiyi xidmətlər haqqında" məruzəsi dinlənilib.

Qeyd olunan məcmuəyə Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyaları və tövsiyələri, BSTA-nın sosial təminat məsəllələri üzrə Rəhbər tövsiyələri daxil edilib. Kitabın BSTA-nın Rəhbər tövsiyyələri hissəsində "Vicdanlı idarəetmə", "Xidmətin keyfiyyəti", "İnformasiya-kommunikasiya texnologiyaları", "Sosial sığorta haqlarının toplanması və ödəmə intizamının təmin edilməsi" kimi bölmələrində verilən tövsiyyələr sosial (pensiya) fondların fəaliyyətlərinin təkmilləşdirilməsi işinə köməklik xarakteri daşıyır.

Seminarda həm də "Milli sosial təminat sistemləri: müasir çağırışlar və inkişaf yolları" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada sosial təminat sahəsində tanınmış alimlər və mütəxəssislər çıxış ediblər.

DSMF nümayəndələri BSTA-nın Baş katibi X.Konkolevski, habelə Rusiya Federasiyası Pensiya Fondunun və Sosial Sığorta Fondunun rəhbərləri ilə keçirdikləri ikitərəfli görüşlərdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti