...

Azərbaycanda saxlanılan rusiyalı İŞİD-çi ekstradisiya üçün müraciət etməyib

Cəmiyyət Materials 23 Noyabr 2015 16:17 (UTC +04:00)

Bakı. Samir Məmmədov - Trend:

Bu il oktyabrın 26-da Baki-İstanbul aviareysi ilə İŞİD terror təşkilatına qoşulmaq məqsədilə Suriyaya getmək istəyərkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Rusiya vətəndaşı Əhmədxan Ziyadxanov ölkəsinə ekstradisiya üçün müraciət etməyib. Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, saxlanılan şəxs öz ölkəsinə qayıtmaq üçün müraciət etməyib: "Qanunvericiliyə görə, saxlanılan şəxs öz ölkəsinə qaytarılmaq üçün Azərbaycanın Ədliyyə Nazirliyinə müraciət etməlidir. Həmin şəxs müraciət etməyəcəyi təqdirdə, onu öz ölkəsinə göndərmək qanunaziddir. Əhmədxan Ziyadxanov yalnız öz istəyi ilə Rusiyaya ekstradisiya oluna bilər. Bu günə qədər də saxlanılan şəxsdən belə bir müraciət daxil olmayıb".

Nazirlikdən bildiriblər ki, hələlik saxlanılan şəxs barəsində ibtidai istintaq bitməyib və haqqında məhkəmə hökmü yoxdur: "Əhmədxan Ziyadxanov barəsində hələ ibtidai istintaq gedir. İbridai istinraqdan sonra onun barəsində məhkəmə prosesi keçirilməli, məhkəmə hökmü çıxarılandan sonra saxlanılan şəxsin ekstradisiyası barədə müzakirə aparıla bilər".

Xatırladaq ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 26 oktyabr 2015-ci ildə Baki-İstanbul aviareysi ilə İŞİD terror təşkilatına qoşulmaq məqsədilə Suriyaya getmək istəyən Rusiya Federasiyası vətəndaşı, Sankt-Peterburq şəhər sakini 30.06.1989-cu il təvəllüdlü Ziyadxanov Əhmədxan İdrisoviç saxlanılıb.

Araşdırma zamanı Ə.Ziyadxanovun əvvəllər oğurluq və soyğunçuluğa görə 2 il 6 ay RF-də həbsdə olması, azadlığa çıxdıqdan sonra isə radikal dini qruplaşma üzvləri ilə əlaqəyə girərək İŞİD terror təşkilatına qoşulmaq üçün Azərbaycan və Türkiyə ərazisindən tranzit istifadə etmək niyyətində olması müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti