...

Daha 530 dərman vasitəsinin qiyməti aşağı salındı (CƏDVƏL)

Cəmiyyət Materials 23 Noyabr 2015 18:32 (UTC +04:00)
Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Daha 530 dərman vasitəsinin qiyməti aşağı salındı (CƏDVƏL)

Trend-i buradan izləyin

Bakı. Trend:

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Şuranın Katibliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Tarif (qiymət) Şurasının noyabrın 23-də keçirilmiş növbəti iclasında daha 530 dərman vasitəsinin qiyməti təsdiqlənib.

Ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq 3540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 1160 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır.

Qiymətləri təsdiqlənmiş digər 1122 dərman vasitəsinin qiyməti bu ilin 1 dekabr tarixindən, 1258 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcək.

İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 46%-nin qiyməti 2 dəfədən çox, 24%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 95%-nin qiymətləri endirilib.

Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Şuranın iclasında, həmçinin yeni təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və dekabrın 7-si sənədlərin qəbulu üçün son tarix olaraq müəyyən edilib.

Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın Qərarları" və "Dərman vasitələri" bölmələrində yerləşdirilib.

Dərman vasitələrinin mövcud və Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti