...

Nardarandan yeni xəbər var (FOTO)

Cəmiyyət Materials 4 Dekabr 2015 15:28 (UTC +04:00)
Nardaran qəsəbəsində kommunal xidmətlərin bərpası istiqamətində fəal işlərə başlanılıb.
Nardarandan yeni xəbər var (FOTO)

Bakı. Trend:

Nardaran qəsəbəsində kommunal xidmətlərin bərpası istiqamətində fəal işlərə başlanılıb.

Trend-in məlumatına görə, hazırda qəsəbədə qaz təchizatının bərpa edilməsi istiqamətində işlər aparılır. Bu tədbirlər SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həyata keçirilir.

Eləcə də elektrik enerjisi və su təchizatının bərpası istiqamətində müvafiq qurumlar tərəfindən işlər görülür.

Həmçinin qəsəbədə köhnə sayğacların işlək vəziyyətə gətirilməsi, yeni sayğacların qurulması üzrə işlər davam etdirilir.

Qəsəbədə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən digər quruculuq və abadlıq işləri də aparılır.

Qəsəbənin giriş və çıxışı ötən günlərdə olduğu kimi, yenə də ciddi nəzarət altındadır. Bütün avtomobil və şəxslərin sənədləri yoxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti