...

Çörəyin qiymətinin süni şəkildə artırılmaması üçün nəzarət davam edir

Cəmiyyət Materials 24 Dekabr 2015 17:04 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda manatın məzənnə dəyişikliyinin çörəyin qiymətinə təsiri araşdırılır.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, manatın üzən məzənnə rejiminə keçirilməsi ilə əlaqədar idxal olunan ərzaq buğdasının qiymətinın artması nəticəsində unun və çörəyin qiymətindəki dəyişiklik nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən diqqətlə araşdırır və süni qiymət artımı hallarına yol verilməməsi üçün nəzarət tədbirləri davam etdirilir.

Bir daha diqqətə çatdırılır ki, manatın üzən məzənnə rejiminə keçirilməsi ilə bağlı istehlak bazarında yaranmış vəziyyətdən sui-istifadə edən sahibkarlar və ticarət obyektləri barəsində qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti