...

Vəzifəli şəxsin intihar xəbəri yayıldı

Cəmiyyət Materials 30 Dekabr 2015 11:32 (UTC +04:00)
Sosial şəbəkələrdə Masallı rayon icra başçısının köməkçisi Elşən Sadıqovun intihar etməsi xəbəri yayılıb
Vəzifəli şəxsin intihar xəbəri yayıldı

Bakı. Samir Məmmədov - Trend:

Sosial şəbəkələrdə Masallı rayon icra başçısının köməkçisi Elşən Sadıqovun intihar etməsi xəbəri yayılıb. Masallı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev Trend-ə açıqlamasında E.Sadıqovun öldüyünü təsdiqləsə də, hadisənin intihar olmasını təkzib edib.

Q.Hadıyev bildirib ki, E.Sadıqov dekabrın 28-dən 29-na keçən gecə yaşadığı mənzildə vəfat edib: "Bu barədə məlumat almışıq. Mərhumun atası bildirib ki, Elşən Sadıqov ürək tutmasından dünyasını dəyişib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti