Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda yerli istehsalın həcminin artırılması üçün qanunvericiliyə müəyyən düzəlişlər edilməli, sahibkarlara kreditlərin ayrılması istiqamətində aparılan tədbirlər gücləndirilməlidir.
Bunu Trend-ə Ət və Ət Məhsulları Məmulatları İstehsalçıları Birliyinin sədri Fuad Qulubəyov deyib.
O bildirib ki, bu gün idxaldan asılılığı minimuma endirmək üçün yerli istehsalın həcmini artırmaq lazımdır.
F.Qulubəyov hesab edir ki, bu baxımdan yerli ət məhsullarının istehsalının artırılması yaxşı təşəbbüsdür: "Bu sahədə dövlət tərəfindən işlər görülür. Hazırkı iqtisadi şəraitdə istehsalçılar üçün stimullaşdırıcı tədbirlərin görülməsinə, yerli istehsalçıların işinin daha da stimullaşdırılmasına ehtiyac var".