...

Bilik Fondu 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirib (FOTO)

Cəmiyyət Materials 15 Yanvar 2016 17:54 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlər keçirir.
Bilik Fondu 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş "20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlər keçirir.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Bilik Fondu və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr edilmiş anım tədbiri olub. Tədbirdə Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev, Azərbaycan Universitetinin rektoru, professor Fərid Əhmədov, SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, universitetin tələbə və müəllim heyəti, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Universiteti ilə SƏS Media Qrupunun birgə hazırladığı film nümayiş etdirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixinə şərəflə yazıldığını deyib. Professor bildirib ki, xalqımızın yaddaşında əbədi qalacaq 20 Yanvar şəhidlərinin qanı ilə Azərbaycanın müstəqilliyinə doğru çığır açılıb.

Tədbirdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, professor Bəhrəm Zahidov və şöbə müdiri professor Rəna Mirzəzadə çıxış ediblər.

Natiqlər bu gün Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıq mübarizəsinin hörmət və ehtiramla yad edildiyini, onların igidliyinin yüksək qiymətləndirildiyini, Vətən övladlarının qanları bahasına qazanılan müstəqilliyimizin qanımız və canımızla qorunmalı olduğunu bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti