...

Güclü qar Bakı Hava Limanının işinə təsir etməyib

Cəmiyyət Materials 26 Yanvar 2016 00:08 (UTC +04:00)
Bakıda davam edən güclü qara baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanının işində heç bir problem müşahidə olunmur
Güclü qar Bakı Hava Limanının işinə təsir etməyib

Bakı. Trend:

Bakıda davam edən güclü qara baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanının işində heç bir problem müşahidə olunmur. Bunu Trend-ə hava limanında deyiblər.

Qeyd edilib ki, hazırda təyyarələrin yola salınması və qəbulu normal rejimdə həyata keçirilir.

Abşeron yarımadasında havanın temperaturu gecə 0-3 şaxta, gündüz 0-2 isti, Bakıda gecə 0-2 şaxta, gündüz 0-2 dərəcə isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti