...

Azərbaycana saxta sənədlə keçmək istəyənlər saxlanılıb

Cəmiyyət Materials 8 Fevral 2016 10:41 (UTC +04:00)
Azərbaycana saxta sənədlə keçmək istəyən şəxslər yaxalanıb.
Azərbaycana saxta sənədlə keçmək istəyənlər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Azərbaycana saxta sənədlə keçmək istəyən şəxslər yaxalanıb.

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları saxtalaşdırılmış sənəd­lərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər.

DSX-nın Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, 29 yanvar 2016-cı il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli "Dubay-Bakı" avia­rey­si ilə ölkəmizə gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn və İrfan Məhəmməd pasportlarında saxta Türkiyə Respublikası vizası və üzər­lərində yapışdırılmamış saxta Avstraliya vizası aşkar olunaraq saxlanılıblar.

Həmin gün 334 nömrəli "İstanbul-Bakı" aviareysi ilə Azərbaycana gələn Nigeriya vətəndaşı Metobor Oke pasportunda Azərbaycan Res­pub­likasına məxsus saxta elektron viza olduğu üçün saxlanılıb.

Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər geri qayta­rılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti