...

Bakı Slavyan Universitetində kafedra və şöbələr ləğv edildi

Cəmiyyət Materials 8 Fevral 2016 14:15 (UTC +04:00)
Bakı Slavyan Universitetində mövcud strukturların optimallaşdırılması, kadr potensialından daha səmərəli istifadə məqsədi ilə 7 kafedra, 5 şöbə və 2 elmi-tədqiqat laboratoriyası ləğv edilib.
Bakı Slavyan Universitetində kafedra və şöbələr ləğv edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Slavyan Universitetində mövcud strukturların optimallaşdırılması, kadr potensialından daha səmərəli istifadə məqsədi ilə 7 kafedra, 5 şöbə və 2 elmi-tədqiqat laboratoriyası ləğv edilib.

Universitetdən Trend-ə verilən məlumata görə, ləğv edilmiş strukturların bir sıra funksiyaları digər uyğun qurumlarda cəmlənmiş, tədris strukturları isə təhsil sahəsində yeni tələblərə və beynəlxalq təcrübəyə uyğun şəkildə birləşdirilərək yenidən formalaşdırılıb. Ləğv olunmuş fakültələrin bazasında "Filologiya və jurnalistika" və "Beynəlxalq münasibətlər və tərcümə" fakültələri yaradılıb. Bütün bunlar fənlərarası və ixtisaslararası əlaqələrin dərinləşdirilməsinə, tələbələrin təhsilinin Bolonya prosesinə daha sıx uyğunlaşdırılmasına təkan verəcək.

Hazırda Universitet üzrə yaradılmış islahat-attestasiya komissiyası mərhələli şəkildə digər strukturların da optimallaşdırılması istiqamətində fəaliyyəti davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti