...

Ombudsman Aparatının əməkdaşları 3 saylı İstintaq Təcridxanasında araşdırma aparıblar

Cəmiyyət Materials 19 Fevral 2016 11:31 (UTC +04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatının əməkdaşları 3 saylı İstintaq Təcridxanasında araşdırma aparıblar

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmə həyata keçiriblər.

Bu barədə Trend-ə Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

Bildirlir ki, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin araşdırılması və saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində MPQ-nin həkim üzvünün də iştirakı ilə müəssisə daxilində müxtəlif obyektlərdə 20-dən çox saxlanılan şəxs fərdi qaydada qəbul edilmiş, bəzi şəxslər isə öz xahişləri ilə təkbətək dinlənilmiş, bir sıra müraciətlər yerində araşdırılmış və təmin edilib.

Barələrində başlanmış cinayət işləri üzrə aparılan istintaqla bağlı Müvəkkilə müraciət etmiş şəxslər təkbətək qəbul edilib, qaldırdıqları məsələlər yerində araşdırılıb, habelə bir sıra həbs edilmiş şəxslər əvvəlki müraciətlərinin də araşdırılması istiqamətində göstərdiyi diqqətə görə Ombudsmana təşəkkürlərini bildiriblər.

Qəbul edilmiş şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, habelə Müvəkkilə ünvanlanmış ərizə və müraciətləri yerində qəbul edilib.

Müəssisədə yeni karantin otağında təmirin yekunlaşması və şəraitin təkmilləşdirilməsi istiqamətində işlər MPQ üzvləri tərəfindən müsbət qiymətləndirilmiş və müvafiq tövsiyələr verilib.

İstintaq təcridxanasının rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa, İstintaq təcridxanalarının daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib, xidmət əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti