...

Yaponiyalı gimnast Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanıb

Cəmiyyət Materials 21 Fevral 2016 13:12 (UTC +04:00)
Yaponiyalı gimnast Kenzo Şirai Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərdə qızıl medal qazanıb.
Yaponiyalı gimnast Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanıb

Bakı. Trend:

Yaponiyalı gimnast Kenzo Şirai Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərdə qızıl medal qazanıb.

Onun finalda nəticəsi 16,150 bal olub.

İkinci və üçüncü yeri müvafiq olaraq sloveniyalı Roka Klavora (14.800 bal) və israilli Aleksandr Şatilov (14.550 bal) tutub.

Azərbaycanlı gimnast Petro Paxnyuk isə 13.550 balla altıncı olub.

Qeyd edək ki, gimnastların hər bir çıxışı iştirakçının milli musiqisinin fonu ilə müşayiət olunur ki, bu da çıxışlara xüsusi kolorit verir.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.
İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilib.

Favoritlər arasında Dünya Çempionatının paralel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti