...

Nikaha daxil olmaq istəyən 5780 nəfərdə talassemiya, 55 nəfərdə QİCS, 267 nəfərdə sifilis xəstəliyi aşkar edilib

Cəmiyyət Materials 24 Fevral 2016 12:38 (UTC +04:00)
Azərbaycanda nikaha daxil olmaq istəyən 5780 nəfərdə talassemiya daşıyıcılığı, 55 nəfərdə QİCS, 267 nəfərdə sifilis xəstəliyi aşkar edilib.
Nikaha daxil olmaq istəyən 5780 nəfərdə talassemiya, 55 nəfərdə QİCS, 267 nəfərdə sifilis xəstəliyi aşkar edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda nikaha daxil olmaq istəyən 5780 nəfərdə talassemiya daşıyıcılığı, 55 nəfərdə QİCS, 267 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

Trend-in məlumatına görə, bunu B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, 2015-ci ilin iyun ayının 1-dən bu ilin fevral ayına kimi nikaha daxil olmaq üçün 94 400 nəfər qan müayinəsindən keçib. Onlardan 5780 nəfərdə talassemiya daşıyıcılığı, 55 nəfərdə QİCS, 267 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

Talassemiya daşıyıcılığı aşkarlananlar arasında 45 cütlük aşkar edilib. Onlardan 3-ü evlənməkdən imtina edib, 6 evlənmiş cütlükdə isə hamiləlik müşahidə edilib. Onlardan 2-sində bətn daxili diaqnostika məqsədilə punktat götürülüb müayinəyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti