...

Əlilliyin müəyyən olunması ilə bağlı məlumatın verilməsi e-xidmətindən 16585 istifadə qeydə alınıb

Cəmiyyət Materials 25 Fevral 2016 12:08 (UTC +04:00)
Azərbaycanda heç bir quruma müraciət etmədən əlilliyin müəyyən olunması ilə bağlı aparılmış sonuncu müayinəni öyrənmək imkanı yaradılıb.
Əlilliyin müəyyən olunması ilə bağlı məlumatın verilməsi e-xidmətindən 16585 istifadə qeydə alınıb

Bakı. Trend:

Azərbaycanda heç bir quruma müraciət etmədən əlilliyin müəyyən olunması ilə bağlı aparılmış sonuncu müayinəni öyrənmək imkanı yaradılıb.

"Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi" elektron xidmətindən 16585 dəfə istifadə qeydə alınıb.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumast verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhalinin istifadəsinə verilən "Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi" elektron xidməti vətəndaşların geniş şəkildə faydalandığı e-xidmətlərdən birinə çevrilməkdədir. Ötən qısa müddət ərzində həmin e-xidmətdən artıq 16585 dəfə istifadə qeydə alınıb.

Nazirlik tərəfindən vətəndaşların bu e-xidmətdən istifadə proseduru olduqca sadələşdirilib. Belə ki, bunun üçün heç bir autenfikasiya vasitəsinə ehtiyac yoxdur.

Yəni istənilən şəxs "Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi" adlı e-xidməti seçməklə, müvafiq bölmələrdə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixlərini qeyd etməklə aidiyyəti məlumatı rahat şəkildə əldə edə bilir.

Bu zaman vətəndaşa keçirilmiş sonuncu müayinənin nəticəsi və növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi (əgər əlillik müddətsiz təyin edilibsə o zaman onun müddətsiz olması) ilə bağlı məlumat verilir.

Bu istiqamətdə işlərin davamı kimi, əlillik müayinəsinin nəticəsi barədə məlumatın sadəcə telefon vasitəsilə, nazirliyin 142-"Çağrı mərkəzi"nə zəng etməklə daha asan şəkildə əldə oluna bilməsinə də imkan yaradılıb.

Belə ki, Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən vətəndaş "Çağrı mərkəzi"nə zəng edərək 0 düyməsini yığdıqdan sonra, özünün şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil edərək, aparılmış müayinənin nəticəsi (hansı tarixdə və neçənci dərəcə əlillik qrupunun təyin olunması, əlilliyin nə qədər müddətə müəyyən edilməsi) barədə məlumat ala bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti