...

Azərbaycan Şərqi Avropada ən təhlükəsiz ölkələrdən biridir – Hesabat

Cəmiyyət Materials 8 Mart 2016 09:55 (UTC +04:00)
“Əvvəlki illərdə olduğu kimi ötən ildə də respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə (277) MDB və Şərqi Avropa Məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri olaraq qalır”.
Azərbaycan Şərqi Avropada ən təhlükəsiz ölkələrdən biridir – Hesabat

Bakı. Trend:

"Əvvəlki illərdə olduğu kimi ötən ildə də respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə (277) MDB və Şərqi Avropa Məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri olaraq qalır".

Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat"ında bildirilir.

Hesabatda qeyd olunub ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, insanların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində konkret müsbət nəticələr əldə edilib, əməliyyat şəraiti nəzarətdə saxlanılıb.

Respublikamızın müxtəlif yerlərində keçirilmiş 585 kütləvi, o cümlədən 517 beynəlxalq tədbirə cəlb olunan daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən ictimai asayiş etibarlı qorunub. Ötən il xidməti vəzifəsinin icrası zamanı 2 əməkdaş həlak olub, 109 əməkdaş xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti