...

AXCP sədrinin müşavirinə 3 il həbs cəzası verildi

Cəmiyyət Materials 15 Mart 2016 12:03 (UTC +04:00)

Bakı. Samir Əli-Trend:

Bu gün Nərimanov rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, məhkəmənin hökmü ilə M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, M.İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti