...

Miqrant problemi hazırda dünyanın həll etməli olduğu vacib məsələlərdəndir

Cəmiyyət Materials 5 May 2016 12:02 (UTC +04:00)
Əməkçi miqrant problemi hazırda dünyanın həll etməli olduğu vacib məsələlərdəndir.
Miqrant problemi hazırda dünyanın həll etməli olduğu vacib məsələlərdəndir

Bakı. Samir Əli - Trend:

Əməkçi miqrant problemi hazırda dünyanın həll etməli olduğu vacib məsələlərdəndir.

Trend-in məlumatına görə, bunu Prezident yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Avropa İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə "Əməkçi miqrantların müdafiəsi və onların cəmiyyətə inteqrasiyası" mövzusunda bu gün keçirilən beynəlxalq seminarda deyib.

O.Səmədov təmsil etdiyi qurumun əməkçi miqrantların müdafiəsi sahəsində gördüyü işlərdən danışıb.

O qeyd edib ki, bu sahədə Azərbaycanda maarifləndirici tədbirlərin aparılmasına ehtiyac var.

Bilik Fondunun bu istiqamətdə tədbirlər həyata keçirdiyini deyən O.Səmədov qeyd edib ki, Fondun xətti ilə indiyə kimi bu istiqamətdə Azərbaycanın ucqar yaşayış məntəqələrində 396 mühazirəçi tərəfindən 700-ə qədər mühazirə oxunub: "Qurum tərəfindən bu məsələlərlə bağlı 300-ə yaxın tədbirlər keçirib. Həmin tədbirlər çərçivəsində əhali arasında maarifləndirməyə üstünlük verilib".

O.Səmədov bildirib ki, əməkçi miqrant problemi hazırda dünyanın həll etməli olduğu vacib məsələlərdəndir: "Bu problem bütün dünya üçün vacib problemlərdəndir və bu məsələyə xüsusi diqqət yetirilməlidir. Azərbaycanda miqrasiya proseslərinin yüksək səviyyədə idarə edilməsi və miqrantların hüquqlarının müdafiə olunması beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Miqrasiya siyasəti ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdəndir. Təhlükəsizliyin təmin olunmasında isə əhalinin maarifləndirilməsi vacibdir. Bu gün respublikada Dövlət Miqrasiya Xidmətinin və regionla miqrasiya qurumlarının əməkdaşları qeyri-hökumət təşkilatları ilə birlikdə bölgələrdə maarifləndirmə tədbirləri həyata keçirir, ictimaiyyətin miqrasiya sahəsində maarifləndirilməsi işində fəallıq göstərirlər".

O.Səmədov deyib ki, Avropada yaşanan miqrant böhranı göstərir ki, miqrasiya siyasəti də düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirilməlidir: "Bu siyasət də multikulturalizm siyasəti kimi ölkənin təhlükəsizliyinə təsir edir".

Sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının nümayəndəsi Rasim Ağasıyev Azərbaycanda əməkçi miqrantların hüquqlarının təminatı sahəsində həyata keçirilmiş tədbirlər barədə danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti