...

Azərbaycanda 100 min insan kurortlara göndərilib

Cəmiyyət Materials 13 May 2016 11:34 (UTC +04:00)
2015-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) xətti ilə 25 mindən artıq insan istirahətə göndərilib.
Azərbaycanda 100 min insan kurortlara göndərilib

Bakı. Elçin Mehdiyev - Trend:

2015-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) xətti ilə 25 mindən artıq insan istirahətə göndərilib. Trend-in məlumatına görə, bunu AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, eyni zamanda AHİK tərəfindən 2 min uşaq ayrıca olaraq istirahətə göndərilib: "5 uşaq istirahət mərkəzləri var, biz onlara vəsait ayırırıq".

O əlavə edib ki, sahə həmkarlar ittifaqlarının öz büdcə vəsaitləri hesabına və kollektiv müqavilələr nəticəsində şirkətlər tərəfindən həmkarlar təşkilatlarına vəsait ayrılması yolu ilə istirahətə gedən insanların sayı 100 minə çatır.

Sədr bildirib ki, hazırda AHİK nəzdində 10 sanatoriya və istirahət mərkəzi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti