...

Aprel döyüşlərindəki şəhidlərimizə görə Bakıda konsert proqramı ləğv edildi

Cəmiyyət Materials 12 May 2016 15:31 (UTC +04:00)
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 1 il qalması ilə bağlı bu gün təşkil ediləcək geriyə sayım şousuna konsert proqramı daxil edilməyib.
Aprel döyüşlərindəki şəhidlərimizə görə Bakıda konsert proqramı ləğv edildi

Bakı. Elçin Mehdiyev - Trend:

Aprelin əvvəlində cəbhədəki döyüşlərdə şəhid verməyimizlə əlaqədar olaraq, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 1 il qalması ilə bağlı bu gün təşkil ediləcək geriyə sayım şousuna konsert proqramı daxil edilməyib.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

A.Rəhimov bildirib: "Aprelin əvvəlində cəbhə xəttində bizim ailələrimiz şəhidlər verib. Şou deyiləndə biz konsert proqramını nəzərdə tutmamışıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti