...

Sahibkarı xüsusi amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayır

Cəmiyyət Materials 26 May 2016 11:25 (UTC +04:00)
Bakıda sahibkarı xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Paşa Qələndərovun cinayət işi üzrə məhkəmənin vaxtı müəyyən edilib.
Sahibkarı xüsusi amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayır

Bakı. Samir Əli - Trend:

Bakıda sahibkarı xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Paşa Qələndərovun cinayət işi üzrə məhkəmənin vaxtı müəyyən edilib.

Trend-in məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin icraatına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası iyunun 7-ə təyin edilib.

İttihama görə, "28 Mall" Ticarət Mərkəzində yerləşən "Next" mağazasının meneceri Vüsal Xəlilov keçən il dekabrın 21-də Nizami rayonu Keşlə qəsəbəsində yaşadığı evdə 27 bıçaq zərbəsi ilə həyat yoldaşı və azyaşlı övladının gözü qarşısında xüsusi amansızlıqla qətlə yetirilib. V.Xəlilovun başını kəsib hadisə yerindən qaçlb.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü P.Qələndərov saxlanıb. Hadisəni törədən şəxs V.Xəlilovun meneceri olduğu mağazanın anbardarı olub. V.Xəlilov P.Qələndərovu işdən çıxarıb. Rəhbərinin bu hərəkətinə görə, o, V.Xəlilovdan qisas almaq qərarına gəlib.

Ona Cinayət Məcəlləsinin 120.2.4( xüsusi amanlıqla qətl törətmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti