...

Rusiyalı turist: "Bakıda Formula 1-in keçirilməsi gənc nəslin inkişafına xidmət edir"

Cəmiyyət Materials 17 İyun 2016 17:09 (UTC +04:00)
Bakıda "Formula 1"in keçirilməsi gənc nəslin inkişafına xidmət edir.
Rusiyalı turist: "Bakıda Formula 1-in keçirilməsi gənc nəslin inkişafına xidmət edir"

Bakı. Anaxanım Hidayətova - Trend:

Bakıda Formula 1-in keçirilməsi gənc nəslin inkişafına xidmət edir.

Bunu Trend-ə rusiyalı turist Kseniya Şulokova deyib.

Onun sözlərinə, nüfuzlu beynəlxalq tədbir olan "Formula 1" Azərbaycanın statusunu artırır.

Turist qeyd edib ki, "Formula 1" kimi yüksək tədbirlərin keçirilməsi şəhər infrastrukturunun inkişafına, daha çox turistin cəlb olunmasına xidmət edir.

O, həmçinin Bakının gözəlliyini vurğulayıb.

Gürcü qonaq: "Formula 1" ölkəyə çoxlu sayda turist cəlb edir"

Gürcü qonaq: "Formula 1" ölkəyə çoxlu sayda turist cəlb edir"

Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti