Bakı. Anaxanım Hidayətova - Trend:
Azərbaycan və digər üçüncü ölkələrin vətəndaşları iyulun 1-dən işə başlayacaq Bakıdakı viza mərkəzində Latviya, Estoniya, Slovakiya və Sloveniyaya qısamüddətli şengen vizaları əldə edə biləcəklər.
Bu barədə Trend Latviyanın Xarici İşlər Nazirliyinin saytına istinadən məlumat verir.
Məlumatda deyilir ki, VFS Global ilə əməkdaşlıq xidmət keyfiyyətini yaxşılaşdıracaq və ziyarətçilərin vaxtına qənaət edəcək.
Daha ətraflı məlumat üçün əlaqə telefonu: ( 012 ) 404 76 38