...

"Köpək patrulu" tamaşasına pulsuz çatdırılma

Cəmiyyət Materials 14 İyul 2016 13:04 (UTC +04:00)
Artıq biletlər satışdadır!
"Köpək patrulu" tamaşasına pulsuz çatdırılma

Bakının istı yay günlərində "Köpək patrulu" tamaşasına pulsuz çatdırılma. Artıq biletlər satışdadır!

Ən əsas ailəvi bayram! Bütün yaşda olan uşaqlar üçün!

Moskvanın boy kuklaları şousu Bakıda ilk dəfə olaraq noyabrın 12 və 13-də Heydər Əliyev Sarayında hamının sevimli cizgi filmi olan "Köpək patrulu"nun motivləri əsasında çox gözəl tamaşa təqdim edəcək.

Biletlərin qiyməti 5 manatdan 49 manatadəkdir. Biletlər şəhərin bütün kassalarında, "ASAN xidmət" mərkəzlərində və "Bazarstore" mağazalar şəbəkəsində (Xətai və 28 Mall filialları) satılır.

Arayış və biletlərin pulsuz çatdırılması üçün əlaqə telefonu: 050 354 90 54

"Köpək patrulu" altı cəsur köpək balası və onlara başçılıq edən bir oğlandan ibarət komandadır. Zik Rayder və onun dördayaqlı dostları cəmiyyət naminə öz xidmətlərini layiqli aparırlar. Məzəli köpək balalarının yeni macəraları və şou tamaşaçıları parlaq və həyəcanlı tamaşa ilə sevindirəcək. Bu heyrətamiz əhvalat gənc tamaşaçılara xeyirxah, mərd, qayğıkeş olmağın, eləcə də özgə bəlaya biganə qalmamağın vacibliyi barədə bəhs edəcək! Uşaqlar sevimli qəhrəmanları ilə görüşəcək, interaktiv oyunlarda iştirak edəcək və köpək balalarına bütün maneələrin öhdəsindən gəlməyə kömək edəcəklər. Ailəlikcə gəlin və xeyli təəssürat, müsbət emosiyalar və əla əhvali-ruhiyyə əldə edəcəksiniz!

İnformasiya dəstəyi - Trend.az, Day.Az və Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti