...

Gəncədə yataq otağından 1,5 metrlik ilan çıxdı (FOTO)

Cəmiyyət Materials 22 İyul 2016 12:37 (UTC +04:00)
Gəncənin Məhsəti qəsəbəsində fərdi yaşayış evində 1,5 metr uzunluğunda zəhərli ilan çıxıb.
Gəncədə yataq otağından 1,5 metrlik ilan çıxdı (FOTO)

Bakı - Trend:

Gəncənin Məhsəti qəsəbəsində fərdi yaşayış evindən ilan çıxıb.

Evin sakini Arifə İsmayılova Trend-ə bildirib ki, dünən yataq otağına daxil olarkən orada 1,5 metr uzunluğunda ilan görüb: "Yataq otağında həşəratlardan qorunmaq üçün döşəməyə xüsusi yapışdırıcı vasitə tökülmüşdü. İlan həmin yapışdırıcıya yapışıb. Ancaq buna baxmayaraq, o ölməmişdi. Bundan sonra ilanı öldürdük”.

Qeyd edək ki, Gəncədə yaşayış evlərindən ilanın çıxması çox nadir hadisədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti