...

Azərbaycanda 3500-dən çox hepatitli xəstə ilə bağlı qərar verildi

Cəmiyyət Materials 28 İyul 2016 12:27 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyinin B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komisiyasına edilən müraciətlərin sayı açıqlanıb.
Azərbaycanda 3500-dən çox hepatitli xəstə ilə bağlı qərar verildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Səhiyyə Nazirliyinin B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komisiyasına edilən müraciətlərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2016-ci ilin birinci və ikinci rüblərində xəstələr tərəfindən B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komisiyaya 1388 müraciət (tibbi sənədlər) təqdim olunub və baxılıb.

30 iyun 2016-ci il tarixinədək kumulyativ olaraq 5135 (hepatit C – 3961, hepatit B – 1174) müraciət təqdim olunub və baxılıb.

Nəticə olaraq 3533 şəxsin müalicəsi haqqında (48 həftə - 1032, 24 həftə - 2501) qərar qəbul edilib. PZR müayinəsinə göndərilmiş xəstələrin ümumi sayı 990 nəfər təşkil edib.

Hepatit B virusunun sağlam daşıyıcıları 577 nəfər, Hepatit B və Hepatit D koinfeksiyasının 58 nəfər, Hepatit B və Hepatit C koinfeksiyasının 77 nəfər, Qaraciyər sirrozundan əziyyət şəkənlərin sayı 260 nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti