...

ƏƏSMN daha 30 əlili istirahətə göndərdi (FOTO)

Cəmiyyət Materials 23 Avqust 2016 12:09 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha 30 nəfər əlilliyi olan şəxsi istirahətə göndərdi.
ƏƏSMN daha 30 əlili istirahətə göndərdi (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha 30 nəfər əlilliyi olan şəxsi istirahətə göndərdi.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, istirahətə yola salınan əlilliyi olan şəxslər onların sosial təminatlarının gücləndirilməsi yönündə aparılan işlərdən, habelə tibbi-sosial reabilitasiya tədbirlərindən razılıqla bəhs ediblər. Onlar bu yay günlərində əlilliyi olan şəxslərin təbiətin gözəl guşələrində yerləşən istirahət və sağlamlıq mərkəzlərində istirahət etmələri üçün şərait yaradılmasına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.  

ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və  proqramlar şöbəsinin müdiri Vüqar Behbudov ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə gücləndirildiyini vurğulayıb. V.Behbudov bildirib ki, hazırda ƏƏSMN tərəfindən əmək pensiyası ilə təmin edilənlərin 29 faizi, aylıq sosial müavinət ödənilənlərin 40,2 faizi əlilliyi olan şəxslərdir. Əlillərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi də diqqətdə saxlanılır və bu istiqamətdə işlərin davamı olaraq cari ilin 7 ayında nazirliyin xətti ilə 454 nəfər əlil şəxsin məşğulluğu, 287 nəfər əlil şəxsin isə peşə hazırlığına cəlb olunması təmin edilib. Həmin dövrdə bu təbəqədən olan 4650 nəfər şəxsə bərpa-müalicə, 8400 nəfər şəxsə protez-ortopedik xidmətlər göstərilib.

 “Nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən bu il 1000 nəfərdən çox əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrində istirahətinin təşkili nəzərdə tutulub ki, cari ilin ötən dövründə onlardan artıq 800 nəfərə yaxın şəxs istirahət və sağlamlıq mərkəzlərinə göndərilib”, - deyə şöbə müdiri bildirib.

 

 

 

 

 

 

 

 

 

 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti