...

İƏT Gənclər Forumunun "Türkiyəyə dəstək “ Bəyannaməsi dünyada yayıldı (FOTO)

Cəmiyyət Materials 24 Avqust 2016 16:06 (UTC +04:00)
Antalya Gənclər Düşərgəsində qəbul edilmiş Bəyannamə 14 ölkədə xəbər oldu, 7 milyon dəfə oxundu.
İƏT Gənclər Forumunun  "Türkiyəyə dəstək “ Bəyannaməsi dünyada yayıldı (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Antalya Gənclər Düşərgəsində qəbul edilmiş Bəyannamə 14 ölkədə xəbər oldu, 7 milyon dəfə oxundu.

Bu barədə Trend-ə İƏT Gənclər Forumundan məlumat verilib.

Türkiyə mətbuatının xəbərlərinə əsasən, FETÖ-nun iflasa uğrayan hərbi çevriliş cəhdinə qarşı bu ölkəyə dəstək məqsədilə İƏT Gənclər Forumu (İKGF) və Türkiyənin Gənclər və İdman Nazirliyinin bu ilin 10-23 avqustda "Gənclər Sülh, Həmrəylik və Ortaq Dəyərlər uğrunda Fəaliyyətdə" şüarı altında Antaliyanın Duacı məntəqəsində təşkil etdiyi 1-ci İƏT Gənclik Düşərgəsi Antalyada dünən öz işini başa çatdırmışdır.

Düşərgənin bağlanış mərasimində İKGF-nin Sədri Elşad İskəndərov, Antalya valisi Münir Karaloğlu, Antalya şəhərinin Bələdiyyə Sədri Menderes Türel və Türkiyə Gənclər və İdman Nazirliyinin Baş Direktoru Emre Kaçar çıxış etmişlər.

İKGF Sədri Elşad İskəndərov çıxışında gənclərin qəbul etdiyi və FETÖ-nün 15 iyul tarixində qanlı çevriliş cəhdini qınayaraq, İslam ölkələri gənclərinin Türk xalqı və Türk gəncləri ilə həmrəy olduğunu ifadə edən bəyannaməni qəbul edən gənclərə təşəkkürünü bildirmişdir. İlk gündən İKGF-nin Türk xalqı və hökümətinin yanında olaraq, bəyanatla çıxış edən ilk beynəlxalq təşkilat olduğunu xatırladan E. İskəndərov bu bəyanatın da dünyada geniş əks-səda yaratdığını qeyd etmişdir.

Forumun sosial şəbəkələr vasitəsilə Türkiyəyə dəstək çağırışı #YouthWithTurkey həştəqiylə ümumilikdə 7 milyon gəncə çatdırılmış, 100 mindən artıq “like” alınmışdır. Bundan başqa, Düsərgədə qəbul edilmiş bəyanatla bağlı 14 ölkədə müxtəlif dillərdə xəbərlər çıxmışdır.

Mərasimdə çıxış edən Antalya valisi Münir Karaloğlu, Antalya Böyülk Şəhər Bələdiyyə Sədri Menderes Türel və Türkiyə Gənclər və İdman Nazirliyinin gənclərlə iş üzrə Baş Direktoru Emre Kaçar öz çıxışlarında Düşərgənin həm İslam dünyası gənclərinin inkişafı, həm də Türkiyə tarixi üçün belə bir həlledici zamanda təşkil edilməsi baxımdan əhəmiyyətini vurğulayaraq, İKGF-yə bu təşəbbüsünə görə təşəkkür ediblər.

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti