...

Komitə sədri beynəlxalq kilsənin nümayəndələri ilə görüşüb

Cəmiyyət Materials 1 Sentyabr 2016 17:41 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün İsveçdə fəaliyyət göstərən “Həyat sözü” beynəlxalq kilsəsinin direktoru Kristian Okerhelmi qəbul edib.
Komitə sədri beynəlxalq kilsənin nümayəndələri ilə görüşüb

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün İsveçdə fəaliyyət göstərən “Həyat sözü” beynəlxalq kilsəsinin direktoru Kristian Okerhelmi və "Həyat sözü" cəmiyyətinin MDB ölkələri və beynəlxalq xidməti üzrə nümayəndəsi Karl Qustav Severini qəbul edib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, M.Qurbanlı Azərbaycanın tarixən müxtəlif konfessiyaların, xalqların, eləcə də ayrı-ayrı etiqad və inanclara malik etnosların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ölkə olduğunu bildirib. Əsrlər boyu Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayıb, dini-etnik qruplar arasında ədavət və qarşıdurma halları müşahidə olunmayıb.

M.Qurbanlı aprel ayında İsveçə səfərini və keçirdiyi görüşləri xatırladaraq bu görüşlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.Komitə sədri “Həyat Sözü” dini icmasının dini xarakterli tədbirlərdə yaxından iştirak etdiyini, ümumilikdə, icmanın fəaliyyətinin mövcud qanunvericiliyə müvafiq olduğunu bildirib.

Yenidən ölkəmizdə olmalarından məmnunluqlarını ifadə edən qonaqlar Azərbaycandakı tolerantlıq və dinlərarası münasibətləri, ölkəmizin ötən illər ərzində bütün sahələrdə çox böyük inkişaf yolu keçdiyini xüsusi olaraq qeyd ediblər.

Görüşün sonunda qonaqlar səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti