...

Bakıda "Direktorlar klubu" yaradılır

Cəmiyyət Materials 20 Sentyabr 2016 16:27 (UTC +04:00)
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb rəhbərlərinin davamlı peşəkar inkişafını təmin etmək məqsədilə yeni bir layihəyə start verir.
Bakıda "Direktorlar klubu"  yaradılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb rəhbərlərinin davamlı peşəkar inkişafını təmin etmək məqsədilə yeni bir layihəyə start verir.

İnstitutdan Trend-ə verilən məlumata görə, "Direktorlar klubu" adlanan layihə məktəb direktorlarına yeni məlumatların çatdırılması, peşəkar məsləhətlərn verilməsi, təlim və seminarların keçirilməsi, ölkədə və dünyadakı qabaqcıl təcrübənin öyrənilməsi və ötürülməsi məqsədi daşıyır.

Bu məqsədlə TİPİİ Bakı şəhərində fəaliyyət göstərən məktəb direktorları üçün sentyabrın 28-də layihənin təqdimatını keçirəcək. Təqdimat zamanı kluba üzvlük şərtləri, qaydalar, fəaliyyət planı, nəzərdə tutulan seminar və təlimlər haqqında məlumat veriləcək. Məlumatlandırma seminarı 2 saat davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti