...

Azərbaycan polisi referendumla bağlı gücləndirilmiş iş rejimində çalışacaq

Cəmiyyət Materials 23 Sentyabr 2016 12:14 (UTC +04:00)
Azərbaycanın daxili işlər orqanları əməkdaşları ölkədə keçiriləcək referendum günü gücləndirilmiş iş rejimində çalışacaq.
Azərbaycan polisi referendumla bağlı gücləndirilmiş iş rejimində çalışacaq

Bakı. Samir Əli - Trend:

Azərbaycanın daxili işlər orqanları əməkdaşları ölkədə keçiriləcək referendum günü gücləndirilmiş iş rejimində çalışacaq.

Trend-in məlumatına görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə ölkə polisi sentyabrın 24-dən gücləndirilmiş iş rejiminə keçəcək. Gücləndirilmiş iş rejimi sentyabrın 29-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, referendum 2016-cı il sentyabrın 26-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti