...

Mübariz Qurbanlı: Bütün məscidlər QMİ-də qeydiyyatdan keçəndən sonra qanunvericiliyə uyğun fəaliyyət göstərir

Cəmiyyət Materials 27 Sentyabr 2016 11:49 (UTC +04:00)
Azərbaycandakı bütün məscidlər Qafqaz Müsəlmanları İdarəsində (QMİ) qeydiyyatdan keçəndən sonra qanunvericiliyə uyğun fəaliyyət göstərir.
Mübariz Qurbanlı: Bütün məscidlər QMİ-də qeydiyyatdan keçəndən sonra qanunvericiliyə uyğun fəaliyyət göstərir

Bakı. Samir Əli - Trend:

Azərbaycandakı bütün məscidlər Qafqaz Müsəlmanları İdarəsində (QMİ) qeydiyyatdan keçəndən sonra qanunvericiliyə uyğun fəaliyyət göstərir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Nardaran qəsəbəsindəki məscid də qeydiyyatdan keçəndən sonra fəaliyyətinə icazə verilib: "Heç bir məscid qeydiyyatsız fəaliyyət göstərə bilməz. Hazırda Nardaran qəsəbəsində də məscid qeydiyyatdan keçib, Qafqaz Müsəlmanları İdarəsinin təlimatlarına uyğun fəaliyyət göstərir. Nardaran qəsəbəsinin dindarları da bu fəaliyyəti dəstəkləyir və normal dinlə məşğul olurlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti