...

Azərbaycanda əhalinin 8 faizi talassemiya daşıyıcısıdır

Cəmiyyət Materials 5 Oktyabr 2016 16:06 (UTC +04:00)
Azərbaycanda əhalinin 8 faizi talassemiya daşıyıcısıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda əhalinin 8 faizi talassemiya daşıyıcısıdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Transfiziologiya və Hemotalogiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Azərbaycanda talassemiya xəstəliyinin geniş yayıldığını deyən Z.Əlimirzəyeva bu xəstələrin müayinə və müalicəsinin müvafiq dövlət proqramı çərçivəsində həyata keçirildiyini söyləyib.

İnstitut direktoru əlavə edib ki, 2015-ci ilin iyunun 1-dən talassemiyalı xəstələrin profilaktikası, yeni doğulanlarda bu xəstəliyin azalmasına nail olmaq üçün nikaha daxil olmaq istəyən cütlüklərin tibbi müayinəsinin aparılmasına başlanılıb: "Bu müayinələr də artıq öz nəticələrini verməkdədir. Bu müddət ərzində 197554 şəxs tibbi müayinədən keçib, onlardan 9131 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Eləcə də 71 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində talassemiya aşkarlanan cütlüklərdə hamiləliyin 12-18-ci həftəsində dilmanc material götürülür və Hemotalogiya İnstitutunda molekulyar genetik müayinə aparılır. Bu vaxta kimi üç döldə talassemiya xəstəliyi aşkarlanıb və həmin cütlüklər hamiləliyin pozulmasına qərar veriblər. Talassemiya xəstəliyi aşkar olunan 5-6 cütlük isə ailə qurmaqdan imtina edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti