...

Talassemiyanın daha çox yayıldığı yerlər - Şəki, Ağdam, Mingəçevir...

Cəmiyyət Materials 5 Oktyabr 2016 17:42 (UTC +04:00)
Hər il 200-ə yaxın uşaq talassemiya xəstəliyi ilə doğulur.
Talassemiyanın daha çox yayıldığı yerlər - Şəki, Ağdam, Mingəçevir...

Bakı. İlhamə İsabalayeva - Trend:

Hər il 200-ə yaxın uşaq talassemiya xəstəliyi ilə doğulur.

Trend-in məlumatına görə, bunu Respublika Perinatal Mərkəzi və Respublika Müalicə Diaqnostika Mərkəzinin (RMDM) təşkilatçılığı ilə “Azərbaycanda irsi qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasına” həsr olunan konfransda çıxış edən RPM-nin direktoru, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə ilk dəfə olaraq talassemiya xəstəsi kimi qeydə alınanların sayı 213 nəfər olub. Onlardan 155 nəfəri 17 yaşa kimi olan gənclərdir. Azərbaycanda 2015-ci ildə rəsmi qeydiyyata alınan talassemiyalı xəstələrin ümumi sayı 2593 nəfər olub ki, onlardan da 1691 nəfəri 17 yaşa qədər olan gənclərdir. Xəstəlik Azərbaycanda daha çox Şəki, Ağdam, Mingəçevirdə qeydə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti