...

Baş həkimin müavini: Sabirabaddakı qəzada 9 nəfər yaralanıb, 1 nəfər ölüb

Cəmiyyət Materials 11 Oktyabr 2016 10:20 (UTC +04:00)
Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində - Hacıqabul-Bəhrəmtəpə magistralında yük avtomobili avtobusla toqquşması nəticəsində 9 nəfər yaralanıb, 1 nəfər isə dünyasını dəyişib.
Baş həkimin müavini: Sabirabaddakı qəzada 9 nəfər yaralanıb, 1 nəfər ölüb

Bakı. İlhamə İsabalayeva - Trend:

Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində - Hacıqabul-Bəhrəmtəpə magistralında yük avtomobilinin avtobusla toqquşması nəticəsində 9 nəfər yaralanıb, 1 nəfər isə dünyasını dəyişib.

Bunu Trend-ə Sabirabad Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Qalib Rəhbəri deyib.

Onun sözlərinə görə, yaralıların biri kəllə-beyin travması, qalanları isə əzik, sınıq xəsarətləri alıblar. Onların hamısının vəziyyəti orta-ağır qiymətləndirilir. Dünyasını dəyişən uşaq isə xəstəxanaya gətirilməyib.

Q.Rəhbəri yaralıların Səhiyyə Nazirliyinin, eləcə də Sabirabad rayon icra başçısı Nazim İsmayılovun nəzarəti altında olduğunu bildirib. O qeyd edib ki, N.İsmayılov bu gün xəstələrə baş çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti