...

"Aureliya Qriqoriu adına ədalət ordeni" təsis edildi

Cəmiyyət Materials 17 Oktyabr 2016 13:05 (UTC +04:00)
"Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansı "Aureliya Qriqoriu adına ədalət ordeni"nin təsis edilməsi barədə qərar qəbul edib.
"Aureliya Qriqoriu adına ədalət ordeni" təsis edildi

Bakı. Trend:

"Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansı "Aureliya Qriqoriu adına ədalət ordeni"nin təsis edilməsi barədə qərar qəbul edib.

Bunu Trend-ə alyansın sədri Elmar Məmmədov deyib.

Onun sözlərinə görə, A.Qriqoriu Azərbaycanın böyük dostu, cəsarətli qadın və zəmanəmizin parlaq siyasi xadimidir: “Ermənistanın A.Qriqoriuya qarşı hərəkətləri dünya ictimaiyyəti tərəfindən pislənməsini tələb edir. Ədalət uğrunda yorulmaz mübarizə aparan A.Qriqoriu həmişə birbaşa fikirlərini bildirir. İnsan hüquqlarının həqiqi müdafiəçisi məhz belə olmalıdır. A.Qriqoriu kimi dosta malik olmaq bizim üçün böyük şərəfdir. Bütün bu xidmətlərini nəzərə alaraq, biz "Aureliya Qriqoriu adına ədalət ordeni"nin təsis edilməsi barədə qərar qəbul etdik. Azərbaycana sadiq şəxslər bu mükafata layiq görüləcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti