...

Hökməlidəki partlayışda xəsarət alanlarla bağlı ən son xəbər

Cəmiyyət Materials 25 Oktyabr 2016 09:23 (UTC +04:00)
Oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsində fərdi yaşayış evində baş vermiş patlayış nəticəsində xəsarət alanlar - ev sahibi Müşviq Qurbanov və onun həyat yoldaşı Səbruz Novruzovanın Türkiyədə yerləşdirildiyi klinikada müalicələri davam etdirilir.
Hökməlidəki partlayışda xəsarət alanlarla bağlı ən son xəbər

Trend-i buradan izləyin

Bakı. Samir Əli -Trend:

Oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsində fərdi yaşayış evində baş vermiş patlayış nəticəsində xəsarət alanlar - ev sahibi Müşviq Qurbanov və onun həyat yoldaşı Səbruz Novruzovanın Türkiyədə yerləşdirildiyi klinikada müalicələri davam etdirilir. Bu barədə Trend-ə yaralıların qohumları məlumat verib.

Bildirilir ki, şok vəziyyətində Türkiyənin Ankara şəhərində klinikaya yerləşdirilən xəstələrin vəziyyətlərində irəliləyiş var, müalicələr müsbət nəticə verməyə başlayıb: "Hələlik hər iki xəstənin klinikanın reanimasiya şöbəsində müalicələri davam etdirilir".

Xatırladaq ki, oktyabrın 20-də səhər saat 5 radələrində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin aparat rəhbəri, 1972-ci il təvəllüdlü M.Qurbanovun Hökməli qəsəbəsində yerləşən mənzilində qaz sızmasından partlayış baş verib. Hadisə nəticəsində M.Qurbanov və həyat yoldaşı yoldaşı 1972-ci il təvəllüdlü S.Novruzova və qızı 2004-ci il təvəllüdlü L.Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri alıblar. M.Qurbanov və S.Novruzovanın vəziyyətləri ağır olduğundan onlar Türkiyədəki klinikaya köçürülüblər.

Ailənin digər üzvü - 3 yaşlı Banıçiçək Qurbanlı isə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti