...

DİN: Cəmiyyətimizdə uşaqlar tərəfindən və uşaqlara qarşı hüquq pozuntuları olur

Cəmiyyət Materials 18 Noyabr 2016 12:00 (UTC +04:00)
Əsas vəzifəmiz odur ki, uşaqlara qarşı və uşaqlar tərəfindən hər hansı hüquq pozuntusu qeydə alınmasın.
DİN: Cəmiyyətimizdə uşaqlar tərəfindən və uşaqlara qarşı hüquq pozuntuları olur

Bakı. İlhamə İsabalayeva - Trend:

"Əsas vəzifəmiz odur ki, uşaqlara qarşı və uşaqlar tərəfindən hər hansı hüquq pozuntusu qeydə alınmasın. Amma təəsüflər olsun ki, Azərbaycan cəmiyyətində də uşaqlar tərəfindən və uşaqlara qarşı belə hallar qeydə alınır".

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov bu gün "Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız" mövzusunda keçirilən tədbirdə bildirib.

A.Adıgözəlov deyib ki, uşaqları pis vərdişlərə yönəltmək çox asan olduğundan maarifləndirmə işinin aparılması vacibdir. Buna görə də DİN daim təhsil müəssisələrində və s. yerlərdə maarifləndirmə tədbirləri həyata keçirir.

A.Adıgözəlov bildirib ki, uşaqların müdafiəsi ilə yalnız ayrı-ayrı dövlət qurumları məşğul olmalı deyil. Bu sahə ilə məşğul olan QHT-lər də dövlət qurumları ilə həmin istiqamət üzrə əməkdaşlıq etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti