...

Bakı-Şamaxı-Yevlax yolunda hərəkət bərpa olundu

Cəmiyyət Materials 24 Noyabr 2016 09:42 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət bərpa olunub.
Bakı-Şamaxı-Yevlax yolunda hərəkət bərpa olundu

Bakı. Samir Əli - Trend:

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət bərpa olunub.

Trend-in məlumatına görə, hava şəraiti ilə əlaqədar yolun bəzi hissələrində avtomobillərin hərəkəti məhdudlaşsa da, gecə saatlarında yoldakı çətinlik aradan qaldırılıb. Belə ki, yolun Abşeron rayonunun Təzəkənd və Cəngi qəsəbələrindən keçən hissəsi və Ağsu dolayları buzdan təmizlənib. Yolda avtomobillərin hərəkəti tam bərpa olunub.

Bu gün səhər saatlarında Cəngi qəsəbəsi ərazisində avtomobillərin hərəkətində bəzi çətinliklər yaransa da, problem səhər saatlarında tam aradan qaldırılıb.

Xatırladaq ki, noyabrın 23-də qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı-Yevlax magistralının bəzi hissələri buz bağladığından avtomobillərin hərəkəti məhdudlaşmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti