...

Bakıətrafı qəsəbələrə gedən avtobus sürücülərinə ciddi xəbərdarlıq edildi

Cəmiyyət Materials 25 Noyabr 2016 20:02 (UTC +04:00)
Bakıətrafı qəsəbələrə gedən bəzi marşrut xətlərinin daşıyıcılarına ciddi xəbərdarlıq edilib.
Bakıətrafı qəsəbələrə gedən avtobus sürücülərinə ciddi xəbərdarlıq edildi

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıətrafı qəsəbələrə gedən bəzi marşrut xətlərinin daşıyıcılarına ciddi xəbərdarlıq edilib.

Trend-in məlumatına görə, Bakı Nəqliyyat Agentliyi tərəfindən 131, 172, 189 saylı marşrut xətlərinin daşıyıcılarına ciddi xəbərdarlıq edilib və müvafiq tövsiyələr verilib. Sürücülərin mütəmadi olaraq etik davranış qaydalarına, avtobuslararası intervala riayət etməsi, həmçinin sərnişinlə dolu avtobuslarla yanacaqdoldurma məntəqəsinə girməməsi ciddi şəkildə tapşırılıb.

Həmçinin sürücülərin xəttə çıxmamışdan əvvəl maarifləndirilməsi, təlimatlandırılması tapşırılıb.

Bundan başqa, 189 saylı marşrut xəttinin 2 avtobusunda texniki problem olduğu üçün xətdən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti