...

Azərbaycanda uşaq ölümü göstəricisi artıb: SƏBƏB

Cəmiyyət Materials 29 Noyabr 2016 12:53 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda uşaq ölümü göstəricisi 12 promilliyə qədər artıb.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliynin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bu gün "Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş tədbirdə deyib.

Baş pediatr qeyd edib ki, Azərbaycanda uşaq ölümü 1992-93-cü illərdən başlayaraq azalıb.

N.Quliyev qeyd edib ki, uşaq ölümü içərisində daha vacibi körpə ölümü göstəricisi, yəni uşaq doğulandan 1 yaşadək olan ölüm göstəricisidir:

"Bu göstərici 1992-93-cü illərdə 29,5 promilli səviyyəsində olub, yəni hər 1000 nəfər diri doğulan uşağın 29,5 nəfəri 1 yaşına çatanadək ölüb. Lakin zaman keçdikcə azalma davam edib və körpə ölümü göstəricisinin 3 dəfəyədək azalmasına nail olunub".

N.Quliyev bildirib ki, Azərbaycanda 2015-ci ilin yanvarın 1-dən diridoğulmanın yeni meyarları tətbiq edilib.

Baş pediatrın sözlərinə görə, bu meyarlar qüvvəyə minənədək diridoğulma hamiləliyin 28-ci həftəsindən doğulanlara, bədən kütləsi 1 kq-dan çox olanlara aid edilirdi. 28-ci həftədən əvvəl doğulanlar isə "gecikmiş düşük" hesab olunurdu və uşaq kimi qeydiyyata alınmırdı:

"2015-ci il yanvarın 1-dən diridoğulmanın yeni meyarlarının tətbiqi ilə əlaqədar hamiləlyin 22-28 həftəsində baş verən ölüm hadisələrini də artıq uşaq ölümlərinə əlavə edirik. Buna görə də yeni meyarlara keçdikdən sonra ölkədə uşaq ölümü göstəricisi 12 promilliyə qədər artıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti