...

AMEA iki institutuna direktor seçəcək

Cəmiyyət Materials 12 Yanvar 2017 12:16 (UTC +04:00)
AMEA-nın elmi müəssisələrində direktor vəzifəsinə seçkilər keçiriləcək.
AMEA iki institutuna direktor seçəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın elmi müəssisələrində direktor vəzifəsinə seçkilər keçiriləcək.

Akademiyadan Trend-ə verilən məlumata görə, Rəyasət Heyəti Folklor İnstitutu və İqtisadiyyat İnstitutunun elmi müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilərin keçirildiyini elan edib.

AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Xəbər lenti

Xəbər lenti