...

Bakıda zirzəmiləri su ilə dolu binaların yerləşdiyi rayonların ADLARI

Cəmiyyət Materials 18 Yanvar 2017 12:28 (UTC +04:00)
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Bakıda zirzəmisində su aşkarlanan bəzi binalarla bağlı müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ qaldırırıq.
Bakıda zirzəmiləri su ilə dolu binaların yerləşdiyi rayonların ADLARI

Bakı. İlhamə İsabalayeva - Trend:

"Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) tərəfindən Bakıda zirzəmisində su aşkarlanan bəzi binalarla bağlı müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ qaldırırıq. Onlar tərəfindən dərhal qabaqlayıcı tədbirlər həyata keçirilməlidir. Əfsus ki, bu işlər həyata keçirilmir".

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bu gün keçirdikləri mətbuat konfransında bildirib.

Z.Kazımov qeyd edib ki, bu günə qədər Bakıda 236 binada sulu zirzəmi aşkarlanıb:

"Bir sıra ərazilərdə zirzəmilərin məişət çirkab suları və qarışıq qrunt suları ilə dolması barədə mərkəzə məlumat daxil olub. Bununla bağlı ötən ilin aprel-may aylarında müayinələr keçirilib. Su nümunələrinin təqdidatı nəticəsində zirzəmilərdə qrunt, bir qismində məişət çirkab suları (kanalizasiya), bir qismində isə kommunikasiya xətlərinin nasaz olması səbəbindən məişət və qrunt sularının qarışığı aşkar edilib. Bununla bağlı BŞİH-ə geniş arayış təqdim olunub".

Z.Kazımov qeyd edib ki, su ilə dolu olan zirzəmilər daha çox Qaradağ, Xətai, Nizami və Binəqədi rayonunda müşahidə olunur:

Son vaxtlar iqlim dəyişikliyi ilə əlaqədar yağıntıların çox olması belə zirzəmilərin sayının artmasına gətirib çıxaracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti