...

AZAL-ın yubanan reysi ilə bağlı SON XƏBƏR

Cəmiyyət Materials 25 Yanvar 2017 17:46 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin London-Bakı marşrutu ilə uçan təyyarəsi yaxın vaxtlarda uçuşu yerinə yetirəcək
AZAL-ın yubanan reysi ilə bağlı SON XƏBƏR

Bakı. Maksim Tsurkov - Trend:

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin London-Bakı marşrutu ilə uçan təyyarəsi yaxın vaxtlarda uçuşu yerinə yetirəcək. Bu barədə Trend-ə AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, bu reys zamanı təyyarədə başqa bort xidmətçiləri işləyəcək.

O deyib: “Reysin sərnişinləri hoteldə yerləşdirilib. Saxlanılan bort işçilərinə gəldikdə isə onlar vəziyyət aydınlaşana qədər Londonda qalacaqlar. Vəziyyət Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nəzarəti altındadır”.

Xatırladaq ki, ötən gün AZAL aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.

Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti