...

Qobustanda dini icmaların iştirakı ilə ilin yekunları müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 25 Yanvar 2017 18:46 (UTC +04:00)
Dini icma sədrlərinin, imam və axundların iştirakı ilə 2016-cı ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Qobustanda dini icmaların iştirakı ilə ilin yekunları müzakirə edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən dini icma sədrlərinin, imam və axundların iştirakı ilə 2016-cı ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Qobustan Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi Dəyanət Rəcəbov, yerli icra nümayəndələri, dini icma sədrləri, imam və axundlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov rayondakı dini durumu təhlil edərək bildirib ki, il ərzində bu sahədə bir sıra uğurlar əldə edilib. Təsadüfi deyil ki, 2016-cı ilin “Multikulturalizm ili” olması da bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətini artırıb.

DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli məruzəsində Dövlət Komitəsinin 2016-cı ildə gördüyü işlər, eləcə də növbəti ildə qarşıda duran vəzifələr, 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilməsi, o cümlədən bölgədəki dini durum, əldə edilən nailiyyətlər və nöqsanlar barədə danışıb.

Daha sonra QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev dini fəaliyyətlə məşğul olan şəxslərə rayonda dini durumun sabitliyinin qorunması sahəsində daha effektiv və ardıcıl fəaliyyət göstərmələrini tövsiyə edərək Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvalarının yerinə yetirilməsi məsələlərini xüsusi diqqətə çatdırıb.

Sonda ayrı-ayrı dini icmaların sədrlərinin, imam və axundların çıxışları dinlənilib, sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti