...

"A-Group" fiziki şəxslər üçün tibbi sığorta üzrə yeni proqramını təqdim edib

Cəmiyyət Materials 26 Yanvar 2017 18:34 (UTC +04:00)
Yeni sığorta məhsulunda 15.000 manata qədər tibbi xidmətlərin təminatı üçün nəzərdə tutulub
"A-Group" fiziki şəxslər üçün tibbi sığorta üzrə yeni proqramını təqdim edib

Bakı. Trend:

"A-Group" fiziki şəxslər üçün tibbi sığorta üzrə yeni proqramını təqdim edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, "A-Qroup" tərəfindən təqdim edilən yeni sığorta məhsulu "ÖZƏL" 15.000 manata qədər tibbi xidmətlərin təminatı üçün nəzərdə tutulub və aşağıdakılarə əhatə edir: təcili tibbi yardım, ambulator müayinə, stasionar müalicə, gündəlik və təcili stomatoloji yardım, təcili vaksinasiya, dərman preparatları ilə təminat.

Yuxarıda qeyd olunanlardan başqa, "ÖZƏL" proqramına pulsuz "Check Up" müayinəsi də daxildir.

Özündən əvvəlki "REFUND" proqramından fərqli olaraq, "ÖZƏL" proqramında tibbi xidmətlərin göstərilməsi və ödənişlərin həyata keçirilməsi qaydaları mümkün qədər sadələşdirilib.

Fiziki şəxs olan sığortalıların klinikaya ödəniş eləməsinə ehtiyac yoxdur. Belə ki, "A-Qroup" müalicə müəssisələrində çəkilən xərclərin ödənilməsini birbaşa öz öhdəsinə götürür.

"ÖZƏL" proqramı çərçivəsində göstərilən xidmətlərə aşağıdakı bonuslar daxildir: problemlərin operativ şəkildə həll olunması məqsədilə yaradılmış fasiləsiz konsultasiya-dispetçer xidməti; sığortalıların qohumları üçün tibbi xidmətlərə edilən güzəştlər; proqram satın alınan zaman hissə-hissə ödəniş imkanı;

"A-Qroup" 20 illik təcrübəsi ilə tibbi sığorta bazarında lider olmaqla müştərilərə fərdi yanaşması və yüksək səviyyəli xidmət ilə hər zaman fərqlənib.

Xəbər lenti

Xəbər lenti