...

Norveç səfiri Tərcümə Mərkəzində olub

Cəmiyyət Materials 10 Fevral 2017 18:01 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Norveçin Azərbaycandakı səfiri Bord İvar Svendsen Tərcümə Mərkəzində olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı, əsərləri Azərbaycan dilinə tərcümə edilən və zaman-zaman Mərkəzin “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşr edilən Henrik İbsen, Knut Hamsun, Arvid Turgeyr Li, Yusteyn Qorder, Tarey Vesos kimi məşhur ədiblərin yaradıcılığından, Azərbaycanda Norveç ədəbiyyatına olan maraqdan söz açılıb.

Həmçinin Azərbaycan ədəbiyyatının Norveç dilinə tərcüməsinin təşkili və Osloda nəşri məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti